Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib” başlıqlı yazı yer alıb.

Bugünkü sayın ilk səhifələrində “AMEA rəhbəri: Akademiyanın 80 illik yubileyini Azərbaycan elminin hesabatı kimi dəyərləndiririk” başlıqlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə geniş müsahibə və Rəyasət Heyətinin iclasına dair indormasiya dərc edilib.

Bundan əlavə, qəzetin səhifələrində AMEA-da keçirilən “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə tədbir, akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan elmi sessiya, “Elm günü”nə həsr olunan kitab təqdimatı və Ağdamda təşkil olunan “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans geniş işıqlandırılıb.

Qəzetin bugünkü buraxılışında AMEA-nın 80 illik yubileyi çərçivəsində professor Nadir Məmmədli ilə müasir dövr lügət yaradıcılığında imkanlar və problemlər, eləcə də professor İlham Məmmədazdə ilə fəlsəfədə yeni ideyalar və yanaşmalar mövzularında müsahibələr və ümumilikdə həftə ərzində keçirilən digər tədbirlər barədə ətraflı informasiyalar təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-nın Rəyasət Heyətinin iclasına dair icmal, müəllif məqaləsi, eləcə də aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.

science.gov.az