Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat ve Mexanika İnstitutunun bir qrup əməkdaşına bayram hədiyyələri təqdim edilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı tərəfindən qarşıdan gələn Novruz Bayramı və Müqəddəs Ramazan Bayramı münasibəti ilə institutun 24 əməkdaşına bayram hədiyyəsi təqdim edilib.

Hədiyyələri institutun Həmkarlar İttifaqının sədri, dosent İradə Mirzəzadə təqdim edərək, əməkdaşları qarşıdan gələn Novruz Bayramı və on bir ayın sultanı olan müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi, ən xoş arzularını çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.