17/03/2025
“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb”.“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.Paylaşımda qeyd edilib ki, 2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub:“Məqalələrin 325-i dünyada ən çox oxunan 10%, 85-i isə 1% elmi işlərin arasında yer alıb. Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir və gələcəkdə elm sahəsində əldə olunacaq beynəlxalq uğurlara işarə edir”.