Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Cəmlənən əmsallı Dirak operatorunun kök vektor-funksiyalar sisteminin besselliyi və bazisliyi ” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Vəli Qurbanov “Cəmlənən əmsallı Dirak operatorunun kök vektor-funksiyalar sisteminin besselliyi və bazisliyi ” mövzusunda məruzə edib.

Məruzədə Dirak operatorunun kök funksiyalar (məxsusi və qoşulmuş funksiyalar) sisteminin L22(G),G = (0,2π) fəzasında besselliyi və şərtsiz bazisliyi (Riss bazisliyi) üçün zəruri və kafi şərtlər haqqında məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər