Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qurbağa seliyində qripə qarşı dərman aşkarlanıb


Hind alimləri Hydrophylax bahuvistara növünə aid qurbağaların qrip ştammlarını məhv etməyə qadir olan maddələr ifraz etdiyini müəyyən ediblər.

Tədqiqatçılar Hindistanın cənub hissəsində yaşayan amfibiyaların seliyində mövcüd olan müxtəlif zülal molekullarını təhlil edərək seliyin tərkibinə daxil olan 32 peptiddən dördünün antivirus xüsusiyyətlərinə malik olduğunu müəyyən ediblər. Onlardan yalnız biri – urumin adli peptid insanın qan hüceyrələri üçün zərərsizlik yoxlamasından uğurla keçib.

Bu maddənin qrip virusları üçün dağıdıcı təsir göstərdiyi sübuta yetirilib. Belə ki, urumin virus hissəciklərinin səthində yerləşən və onların əsas hüceyrəyə daxil olmasına imkan verən hemmaqlutinini (Н1) məhv edir.

www.mir24.tv

Faydalı linklər