Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


16.01.2019-cu il tarixində saat 12.00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda AMEA Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi, f.-r.e.n, dosent Bəşirov MirNamik Mirəhmədağa oğlu “Anizotrop Günəş küləyi modeli üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi həlləri” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə Anizotrop Günəş küləyi modeli üçün verilmiş maqnithidrodinamik köçürmə tənliklərinin həlləri haqqında məlumat veriləcək. Tənliklərə daxil olan parametrlərin qlobal həllərinin tapılması haqqında müzakirə aparılacaq.

Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər