Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Small-small Sobolev-Morri fəzalarının bəzi diferensial xassələri” mövzusunda məruzə edib.
Məruzə small-small Sobolev-Morri fəzalarının qurulmasına və inteqral göstərilişi üsulu ilə bu fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin öyrənilməsinə həsr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.