Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


23.01.2019-cu il tarixində saat 12.00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnithidrodinamik Kelvin-Helmholtz tipli dayanaqsızlıq” adlı məruzə ilə çıxış edəcəkdir.

Məruzədə Anizotrop Günəş küləyi plazmasında Kelvin-Helmholtz dayanaqsızlığı halında alınmış ikitərtibli diferensial tənlik və həlləri müzakirə olunacaq.
Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər