Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


24.01.2019-cu il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev “Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə öz‐özünə qoşma olmayan Hill operatoru üçün bütün oxda tərs spektral məsələ ətrafında danışılacaq. Fundamental həllərin əsas xassələri tədqiq olunacaq və operatorun spektri araşdırılacaq. Fundamental həllər tədqiqat işində mühüm rol oynadığı üçün onların ayrılşı tam təhlil olunacaq. İşdə tərs məsələnin həlli ilə yanaşı konstruktiv alqoritm təklif ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər