Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu müzakirə edilib. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən əlavə şərtlər daxilində zəruri və kafi şərt göstərilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər