Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi” mövzusunda seminar keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda professor Viktor Burenkov (Rusiya Xalqlar Dostluğu Universiteti və V.A. Steklov adına Riyaziyyat İnstitutu) “Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi” mövzusunda məruzə edib.

Məruzədə Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi haqqında məlumat verilib. Xüsusi halda O’Neyl tip bürünməyə tətbiqi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər