Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


06.03.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi f.-r.e.n., dos. Miqdad İmdad oğlu İsmayılov “Grand-Lebesgue fəzalarında approksimasiyanın bəzi sualları” mövzusunda məruzə edəcəkdir.

Məruzədə L p)( – π; π), p > 1, grand-Lebesgue fəzalarda G p)( – π; π) alt fəzası təyin edilir.  [-π; π] parçasında kəsilməz finit funksiyalar C 0∞ – π; π ] çoxluğunun G p)( – π; π) fəzasında sıx olduğu göstərilir. G p)( – π; π), p > 1 fəzasında triqonometrik və eksponent sistemlərin bazislik xassələri öyrənilir. Vahid dairədə analitik funksiyaların  H p)± grand-Hardi sinifləri təyin olunur. Bu siniflərdə klassik Riss, Smirnov teoreminin analoqlarının və Koşi düsturunun doğruluğu üçün zəruri və kafi şərtlər tapılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər