Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda seminar keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda məruzə edib.

Məruzədə bəzi qeyri-lokal sərhəd məsələləri (üçnöqtəli, üçnöqtəli və inteqral, üçnöqtəli və impulsiv və s.) və onlarla təsvir olunan optimal idarəetmə məsələləri tədqiq olunub. Sərhəd məsələlərində həllin varlığı və yeganəliyi üçün kafi şərtlər, optimal idarəetmə məsələlərində isə optimallıq üçün zəruri şərtlər alınıb (davamı).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər