Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


29.03.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda BDU-nun professoru Elmağa Ağaqasım oğlu Qasımov “Sonlu inteqral çevirməsi üsulunun hiperbolik tənlik üçün verilmiş qeyri-requlyar sərhəd şərtli qarışıq məsələnin həll olunmasına tətbiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə müəllifə aid olan hiperbolik tənlik üçün verilmiş qeyri-requlyar sərhəd şərtli qarışıq məsələnin həll olunmasına tətbiqi müzakirə ediləcəkdir. Belə ki, məsələnin həlli üçün əvvəlcə baxılan qarışıq məsələnin həllinə kompleks parametrli sonlu inteqral çevirməsi tətbiq olunur və nəticədə uyğun parametrik məsələ alınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər