Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


03.04.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda Elxan qızı İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşmalıq akustik şərtli qarışıq məsələlərin qlobal həlləri” mövzusunda məruzə edəcəkdir.

Məruzədə qeyri-xətti hiperbolik tənliklər üçün akustik şərtli qarışıq məsələlər və qoşmalıq şərtli qarışıq məsələlərlə baglı əsas nəticələr haqqında məlumat veriləcək və qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşmalıq akustik şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və asimptotikası sahəsində əldə edilmiş nəticələr göstəriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər