Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


04.04.2019-cu il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İnteqral daxilolma üçün ekstremal məsələ” mövzusunda məruzə edəcəkdir.

İşdə inteqral daxilolmanın həllinin həyacanlanmadan kəsilməz asılılığı məsələsi öyrənilir və inteqral daxilolma üçün ekstremal məsələ tədqiq olunur. Volter, Fredholm və Qammerşteyn tip inteqral daxilolma üçün ekstremal məsələ öyrənilir.

Çıxışda, həmçinin sərhəd şərtli optimal məsələsi üçün iki misala da baxılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər