Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru Elmağa Qasımov “Sonlu inteqral çevirməsi üsulu və onun tətbiqləri” mövzusunda məruzə edib.
Məruzədə müəllifə aid olan sonlu inteqral çevirməsi üsulunun hiperbolik tənlik üçün verilmiş qeyri-requlyar sərhəd şərtli qarışıq məsələnin həll olunmasına tətbiqi haqqında danışılıb. Belə ki, məsələnin həlli üçün əvvəlcə baxılan qarışıq məsələnin həllinə kompleks parametrli sonlu inteqral çevirməsi tətbiq olunur və nəticədə uyğun parametrik məsələ alınır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.