Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Parametrlər və başlanğıc şərtlər haqqında natamam informasiya şəraitində hissə-hissə sabit funksiyalar sinfində toplanmış parametrli sistemlərin optimal idarə edilməsi” mövzusunda seminar keçirilib


Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. AMEA İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Parametrlər və başlanğıc şərtlər haqqında natamam informasiya şəraitində hissə-hissə sabit funksiyalar sinfində toplanmış parametrli sistemlərin optimal idarə edilməsi” mövzusunda çıxış edib.

Məruzədə obyektin parametrləri və başlanğıc şərtlərin qiymətləri haqqında ilkin natamam informasiya şəraitində hissə-hissə sabit idarəedici funksiyalar sinfində adi diferensial tənliklər sistemi ilə təsvir olunan obyektlərin optimal idarə edilməsi məsələsinə baxılıb. Məsələdə idarəedicilərin hissə-hissə sabit qiymətləri və onların sabitlik intervallarının sərhədləri optimallaşdırılıb. Sabitlik intervallarının sayı verildiyi halda funksionalın qradiyentinin düsturları alınmışdır ki, bu da məsələnin ədədi həlli üçün optimallaşdırmanın birinci tərtib effektiv üsullarını tətbiq etməyə imkan verib. Sabitlik intervallarının sayı verilmədiyi halda onların optimallaşdırılması üçün alqoritm təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər