Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda seminar keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Elnur Həsən oğlu Xəlilov “Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzə edib.

Məruzədə səth üzrə bəzi sinif zəif–sinqulyar, sinqulyar və hipersinqulyar nüvəli inteqral tənliklərin proyeksiya–şəbəkə üsulları vasitəsilə həllinin tədqiqi haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər