Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


22.05.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə bazislik məsələlərinin öyrənilməsi üçün Riman sərhəd məsələsi metodunun mahiyyətindən bəhs edilir. Funksiyaların yeni Banax fəzalarında müəyyən sistemlərin (məs. həyəcanlanmış triqonometrik sistemlər) bazislik xassələrini öyrənmək üçün sxem təklif olunur, bu istiqamətdə yaranan çətinliklər və məsələlər haqqında məlumat verilir. Deyilənlərə Orliç fəzaları timsalında aydınlıq gətirilir və bu fəzalarda vəziyyət haqqında məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər