Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Nigar Aslanova “Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ” mövzusunda məruzə edib.

Məruzədə ikinci tərtib operator diferensial tənlik üçün spektral parametrin rasional funksiyası sərhəd şərtinə daxil olan məsələdən danışılıb. Bu tip məsələlərlə bağlı operatorların öz-özünə qoşma genişlənmələri haqda və bir xüsusi halda operatorun spektrinin asimptotikası və requlyarlaşmış izi barədə məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər