Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Moskva İdarəetmə Problemləri İnstitutunun professoru Boris Teodoroviç Polyak “Optimizasiya problemləri və onların həllinin vəziyyəti” mövzusunda məruzə edib.
Sonra Qazaxıstan Milli Elmlər Akademiyasının Riyaziyyat və riyazi modelləşdirmə institutunun direktor müavini, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bektur Baycanov çıxış edib. Alimin “Qazaxıstanda modellər nəzəriyyəsi” mövzusunda məruzəsi dinlənilib.
Seminar iştirakçıların böyük marağına səbəb olub, mövzular ətrafında suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.