24/06/2014
İyunun 24-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında İran İslam Respublikasının vətəndaşı, institutun dissertantı Əhməd Cəmşidipur riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kəsilmə şərtinə spektral parametr daxil olan Şturm-Liuvill operatoru üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin kiçik elmi işçisi Lalə Əliyeva riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Orta ossilyasiya terminlərində sinqulyar inteqralların struktur xassələrinin tədqiqi” mövzusunda dissertasiya işi müdafiə etmişlər.