Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun gənc alimi beynəlxalq konfransda iştirak edib


02 sentyabr 2019-cu il tarixində Türkiyənin Niğdə şəhərində “XXI Beynəlxalq Mexanika Konfransı” öz işinə başlayıb. Dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin riyaziyyatçı alimlərinin bir araya gəldiyi bu mötəbər elmi tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Sürün-cəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov təmsil etmişdir.

Emin Bağırov “Oxa asimmetrik boyuna dalğaların qeyri-bircins ilkin gərginlikli ikiqatlı dairəvi silindirdə dispersiyası” mövzusunda məruzə etmiş, sualları cavablandırmışdır.

Beynəlxalq elmi konfrans sentyabrın 6-dək davam etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər