Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Ramiz Aslanov Rusiya Federasiyası Samara ş. Elmi konfransda iştirak etmişdir


24 sentyabr – 1 oktyabr 2019-ci tarixində “Elmi-Texniki İnformasiya şöbəsinin” müdiri prof. Ramiz Aslanov Samara şəhərində Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı bazası əsasında keçirilmiş XXXVIII Pedaqoji Universitet və İnstitutların Riyaziyyat və informatika müəllimlərin elmi seminarında «Математическое образование в цифровом обществе» «Дифференциальные уравнения «первая любовь» Вячеслава Васильевича Степанова к 130-летию со дня рождения) (müəlliflər: M.C. Mərdanov, R.M. Aslanov) mövzusunda məruzə etmək üçün Samara şəhərində ezamiyyətdə olmuşdur. 27 sentyabr 2019-cu il tarixində konfransda V.V. Stepanovun «Курс дифференциальных уравнений» kitabı ətrafında və onun həyat və yaradıcılığına həsr edilmiş məruzə maraqla garşılanmışdır.

Prof. Ramiz Aslanov Konfransın proqramına uyğun 2-ci seksiyanın «Цифровизация математического образования в высшей школе. Проблемы подготовки учителей математики цифрового общества» rəhbəri olmuşdur. Seksiyada 16 məruzə dinlənilmişdir. Konfrans zamanı İstitutun laboratoriya və kitabxanası ilə tanış olmuş və kitabxanaya özünün müəllif olduğu 4 kitabı hədiyyə etmişdir. Konfrans iştrakçılarına 2019 cu ilin 23-26 oktyabrında keçiriləcək RMİ-nin 60 illiyinə həsr edilmiş konfrans haqqında məlumat verilmişdir.

29 sentyabr – 1 oktyabr tarixində Kazan Dövlət Federal Universitetinin N.İ. Lobaçevski adına Riyaziyyat və Mexanika İnstitutunda olmuş «Казанский университет и развитие геометрии в Азербайджане» (müəlliflər: М.С. Mərdanov, R.M. Aslanov) kitabın əlyazmasının quruluşu, məzmunu və Kazan Universitetinin nəşriyatında çapı ilə bağlı müvafiq kafedra müdirləri (TR akademiki, f.r-e.d., cəbr və məntiq kafedrasının müdiri, prof. M.M. Arslanov, TR EA müxbir üzvü, f.r.-e.d., riyazi analiz kafedrasının müdiri, prof. S.R. Nasirov), kitabın elmi redaktoru (həndəsə kafedrasının prof. V.V. Şurıqin), kitabın rəyçisi (kafedra müdiri, prof. L.R. Şakirova) və KFU nəşriyyat şöbəsində olmuş və kitabın  çapı ilə bağlı müvafiq məsləhətlər almışdır.

Riyaziyyat və Mexanika İnstitunun tapşırığına əsasən KDU-da (hal-hazırda KFU) 1957-ci ildə həndəsə ixtisası üzrə doktorluq müdafiyə etmiş həmyerlimiz AMEA-nın müxbir üzvü Maksud Cavadovun avtoreferat və dissertasiyası ilə tanış olmuş və avtoreferatın nüsxəsini götürmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər