Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Oblastda müntəzəm cırlaşan Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi” mövzusunda birgə seminarı keçirilib


16.10.2019-cu il tarixində “Diferensial tənliklər”Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilmişdir.

Seminarda  f.-r.e.n., dos. Sərvan Təhməz oğlu Hüseynov ”Oblastda müntəzəm cırlaşan Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi”  mövzusunda məruzəni davam etdirmişdir. Məruzə zamanı müntəzəm cırlaşan divergent formalı ikinci tərtib kvazixətti elliptik tənliklər sinfinə baxılmış. Bu tip tənliklərin həllərinin Hölder kəsilməzliyi və mənfi olmayan həllər üçün zəif tipli Harnak bərabərsizliyi isbat olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər