Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc alimin növbəti elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun daha bir elmi məqaləsi ABŞ-ın nüfuzlu “Computers, Materials and Continua” jurnalında (2019, Vol61, №2, p.503-534) nəşr olunub (https://www.techscience.com/cmc/). “Qeyri-bircins ilkin gərginlikli “Boş silindir-ətraf mühit” sistemində hərəkət edən halqa yükün dinamikası”

(https://www.techscience.com/cmc/2019/doi.php?id=6291) adlı məqalənin nəşr olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir və yüksək impakt faktorlu (Impact Factor 3.024) dərgi hesab edilir.

Məlumat üçün qeyd edək ki, gənc mexanik alimin bundan əvvəlki məqaləsinin dərc olunduğu Niderlanda məxsus jurnalın beş illik impakt faktoru 3.33 idi. Olduqca spesifik və tətbiqi xüsusiyyətli sahə üzrə tədqiqat aparan alimin daha bir neçə elmi məqaləsi xeyli yüksək reytinqə malik jurnallar tərəfindən nəşrə qəbul olunub, çap ərəfəsindədir.

Surkay D. Akbarov, Emin T. Bagirov and Muslum Ozisik. Dynamics of the Moving Ring Load Acting in the System “Hollow Cylinder + Surrounding Medium” with Inhomogeneous Initial Stresses // CMC: Computers, Materials & Continua, Vol. 61, No. 2, pp.503-534

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər