Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “POSITIVITY” (https://link.springer.com/journal/11117/23/3) 0.833 yüksək impakt faktorlu Q2 kateqoriyalı  jurnalda dərc edilib.

Orliç və üçüncü növ ümumiləşmiş Orliç – Morri fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorları

(https://link.springer.com/article/10.1007/s11117-018-0635-9) adlı məqalədə  ümumiləşmiş kəsr inteqral operatoru və ümumiləşmiş  kəsr maksimal operatorunun Orliç fəzalarında məhdudluğu məsələsi öyrənilib. Bundan başqa  və  operatorları üçün üçüncü növ ümumiləşmiş Orliç – Morri fəzalarında Spanne və Adams tipli məhdudluq teoremləri də alınmışdır. Həmçinin ümumiləşmiş Orliç – Morri fəzalarında  və operatorları üçün Spanne və Adams tipli zəif məhdudluq meyarları əldə edilib.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/s11117-018-0635-9

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər