Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30.10.2019-cu il tarixində saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sərvan Təhməz oğlu Hüseynov ”Oblastda müntəzəm cırlaşan Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi” mövzusunda məruzə edəcəkdir.

Məruzə zamanı müntəzəm cırlaşan divergent formalı ikinci tərtib kvazixətti elliptik tənliklər sinfinə baxılacaq. Bu tip tənliklərin həllərinin Hölder normasının daxili apriori qiymətləndirilməsi göstəriləcək, həmçinin, həllərin Hölder kəsilməzliyi və mənfi olmayan həllər üçün zəif tipli Harnak bərabərsizliyi isbat olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər