Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


06.11.2019-cu il tarixində Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Adi və xüsusi törəməli diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir.

Məruzədə ikinci və dördüncü tərtib  adi və ikinci tərtib elliptik tip xüsusi törəməli diferensial tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələləri təqdim olunur. Bu məsələlərin sıfırdan və sonsuzluqdan qlobal bifurkasiyası haqqında son dövrlərdə alınmış nəticələr və həll olunmamış məsələlər haqqında məlumat veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər