26/11/2019
27.11.2019-cu il tarixində saat 12.00-da “Diferensial tənliklər” və “Riyazi-fizika tənlikləri” şöbələrinin növbəti birgə seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Dəyişən əmsallı dalğa tənlikləri üçün qarışıq məsələlər; Riman həndəsəsi üsulu” mövzusunda çıxış edəcəkdir.
Məruzədə Riman həndəsəsi üsulundan istifadə etməklə, dəyişən əmsallı dalğa tənlikləri üçün qarışıq məsələnin həllinin asimptotikası haqqında danışılacaq.
Arzu edənlər iştirak edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.