27/11/2019
Noyabrın 25-də Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, AMEA-nın bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif olunublar.
Belə ki, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva, Milli Məclisin Elm və təhsil Komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev və BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə “Şöhrət” ordeninə layiq görülüblər.
Bundan əlavə, akademiklər Abel Məhərrəmov və Yusif Məmmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.
Ölkə başçısının digər Sərəncamı ilə isə akademik Vasif Babazadə və AMEA-nın müxbir üzvü Məsumə Məlikova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
© Mənbə: www.science.az