Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi İtaliyanın ən qədim tarixə malik elmi jurnalında dərc olunub


Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 1.268 yüksək impakt faktorlu “Annali di Matematica Pura ed Applicata” jurnalında çap olunub.
Əsasən izospektral çevirmələr və onların tətbiqləri” adlı məqalədə hər iki sərhəd şərtinə spektral parametrin rasional Nevanlinna funksiyası daxil olan Şturm–Liuvill məsələləri arasında Darbu tipli çevirmələr təyin olunmuş və onların xassələri öyrənilmişdir. Daha sonra həmin çevirmələr bu cür sərhəd şərtlərinə malik məsələlər üçün spektral analizin bir sıra düz və tərs məsələlərinin (məxsusi ədədlərin və normallaşdırıcı ədədlərin asimptotikası, məxsusi funksiyaların ossilyasiyası, iz düsturları, spektral verilənlərə görə bərpanın yeganəliyi və varlığı, bir spektrə görə müxtəlif tərs məsələlər) həllinə tətbiq olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər