Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Lətif Xəlil oğlu Talıblı “Uçan aparatların səthində yaranan buzun artan qalınlığının modelləşdirilməsinin bir fenomenoloji metodu haqqında” məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Sürüncəklik nəzəriyyəsi”  şöbəsinin müdiri fizika –riyaziyyat elmləri doktoru  professor Lətif Xəlil oğlu Talıblı  “Uçan aparatların səthində yaranan buzun artan qalınlığının modelləşdirilməsinin bir fenomenoloji metodu haqqında” məruzə etdi.

Məruzədə uçan aparatların səthində əlverişsiz havada uçuş zamanı yaranan buzun artan qalınlığını təyin etməyə imkan verən fenomenoloji metod təklif olunur. Buzlaşma şəraitində buzun qalınlığını uçan aparatın uçuş zamanı ilə bağlayan analitik düstur tapılır. Alınan nəzəri nəticələrin GLC- 305 markalı qanadın axmasına dair qabaqcadan məlum olan təcrübə nəticələri ilə müqayisəsi verilir. Təklif olunan düstur buzlaşmaya aid verilmiş təcrübə məlumatları əsasında uçan aparatlarını səthində uçuş vaxtı yaranan  buzun böhran qalınlığını proqnozlaşdırmaq üçün tövsiyyə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər