Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər


AMEA-nın magistraturasına 2019/2020-ci tədris ilində “Riyazi analiz”, Optimallaşdırma və optimal idarəetmə”, “Riyazi fizika” və “Hesablama diaqnostikası” , ixtisasları üzrə yüksək bal toplamış tələbələr qəbul olunub. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda I və II kurslar üzrə ümumilikdə 12 magistrant təhsil alır.

İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib. 7 və 9 yanvar tarixlərində  Riyaziyyat və Mexanika İnstitutunda “Maye, qaz və plazma mexanikası” ,“Riyazi analiz”, “Riyazi fizika” ixtisasları üzrə magistr pilləsində təhsil alan II kurs tələbələri üçün “Hidravlikanın əsasları” , “Analitik funksiyaların sərhəd xassələri. Sinqulyar  inteqral tənliklər”  və  “Riyazi  fizikanın  tərs məsələlərinin  ədədi üsullarla həlli ” fənnindən imtahanlar keçirilib.

Keçirilmiş hər üç imtahan uğurla başa çatıb.

Qeyd edək ki, növbəti imtahanlar yanvarın 10, 13, 14, 16, 17, 21, 24, 27, 28, 30  və 31-ə keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər