17/01/2020
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 30-ci ildönümünə həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında qanlı qırğınlar törətdiyi haqda danışdı və vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilməsini vurğuladı.
Sonda bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi. Allah şəhidlərimizə rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.