Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


29 yanvar 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin approksimasiyaları” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Hilbert çevirməsi və onun diskret analoqunun xassələrindən bəhs olunacaq və həqiqi oxda p dərəcədən inteqrallanan funksiyalar fəzasında Hilbert çevirməsinin approksimasiyaları veriləcək. Göstəriləcək ki, approksimasiya edən operatorlar Hilbert çevirməsinin əsas xassələrini saxlayır ki, bu da yığılma nöqteyi-nəzərindən daha yaxşı nəticələr almağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər