Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA-da tibbi aksiya keçirir


AMEA-nın Azad Həmkarlar İttifaqının və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün akademiya əməkdaşlarının ödənişsiz göz müayinəsi həyata keçirilir.

AMEA-nın Əsas binasında baş tutan humanitar aksiya saat 16:00-dək davam edəcək. Əsas məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, onlar arasında refraksiya (miopiya, hipermetropiya, astiqmatizm) anomaliyalarını yoxlamaq, göz xəstəliklərini öncədən müəyyənləşdirmək və bu istiqamətdə monitorinqlər aparmaqdır.

Mərkəzin ən son texnoloji avadanlıqlarla təchiz olunan Səyyar Klinikasının təcrübəli həkim-oftalmoloq heyəti tərəfindən göstərilən tibbi xidmət zamanı AMEA əməkdaşlarının göz təzyiqi və görmə qabiliyyəti yoxlanılır, zəruri müalicə tədbirləri görülür, pasiyentlərə vaxtında müayinə olunmaları tövsiyə edilir, həmçinin bir sıra məsləhətlər verilir.

Aksiyanın mart ayında yenidən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycanın rayon və şəhərlərində göz xəstəliklərinin qarşısının alınması istiqamətində mütəmadi tibbi aksiyalar həyata keçirir və bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.

© Mənbə: www.science.az

Faydalı linklər