Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Sədi Əndam oğlu Bayramov “Metrik fəzaların ümumiləşmələri və bu fəzalarda tərpənməz nöqtə haqqında teoremlər” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universittetinin professoru, r.e.d., Sədi Əndam oğlu Bayramov “Metrik fəzaların ümumiləşmələri və bu fəzalarda tərpənməz nöqtə haqqında teoremlər” mövzusunda məruzə edib.

Metrik fəzaların ümumiləşməsi olan b-metrik, G-metrik, D-metrik, D*-metrik, S-metrik, soft metrik fəzalar haqqında məlumat verilib. Bu fəzalarda tərpənməz nöqtə haqqında teoremin müxtəlif variantlarının isbatı haqqında danışılacaq. Sonunda soft metrik, soft S-metrik və soft D-metrik fəzalarında alınan nəticələrdən bəhs edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər