Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“ÖZÜNÜ VƏ BAŞQALARINI XƏSTƏLİKDƏN QORU!” ADLI TƏDBİR KEÇİRİLİB


05 fevral 2020-ci il saat 11.00-da AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN Akt zalında RMI-nin Həmkarlar Komitəsinin Sədri dos.İ.Mirzəzadənin təşkilatçiliği ilə koronavirus ilə bağlı “ÖZÜNÜ VƏ BAŞQALARINI XƏSTƏLİKDƏN QORU!” adlı tədbir keçirilib.Tədbir  yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gucləndirilməsi məqsədi ilə təşkil olunub. Tədbirdə AMEA Həmkarlar İttifaqının sədri professor H.Qurbanov da iştirak edirdi. Tədbirdə iştirak edən Yasamal rayon SES-nin həkimi Səbirə Məmmədova qeyd etdi ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand,Cənui Koreya,Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.Bununla əlaqədar olaraq Səhiyyə naziri Oqtay Şirəliyev”Yeni 2019-nCoV koronavirus xəstəliynə qarşı profilaktik təlbirlərin güclədirməsi barədə”Əmr imzalayıb.

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

  • əllərinizi yuyun
  • öskürdükdən və asqırdıqdan sonra
  • xəstələrə qulluq edərkən
  • yemək hazırlayərkən, əvvəl və sonra
  • yeməkdən əvvəl
  • tualet istifadəsindən sonra
  • əllər vizual olaraq çirkli göründükdə
  • heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra
  • əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun
  • əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin.

 Başqalarını xəstələnmədən qoruyun

  • Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
  • İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
  • Xəstələrə qayğı göstərərkən və öskürdükdən, asqırdıqdan sonra əllərinizi yuyun

Özünüzü xəstələnməkdən qoruyun!

 Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev, ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin

 Qida təhlükəsizliyini tətbiq edin!

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin

Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun

Xəstə və ölü heyvanlar yeyilməməlidir

Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı-tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər

Sağlam qalın!

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.

Gözlərə, burun və ya ağzınıza toxunmayın

Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin

Heyvan bazarlarında iş:

Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun

Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin

Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin

İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın

Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin

Koronavirus infeksiyası riskini azaldın:

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun

Öskürərkən, asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın

Ət məhsullarını və yumurtanı tam bişirin

Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin  

Tədbirin sonunda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov gələn həkimə institutun əməkdaşları adından öz minətdarlığını bildirdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər