07/02/2020
12 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-nin aparıcı elmi işçisi, f.r.e.n., Şərif Məmməd oğlu Nəsibov “Sobelev interpolyasiya və Qross-Sobolev loqarifmik bərabərsizlikləri” mövzusunda məruzə edəcəkdir.
Məruzə bir dəqiq inteqral bərabərsziliyin isbatı, Hausdorf-Yunq bərabərsizliyinin köməyi ilə Sobolev interpolyasiya bərabərsizliyinin çıxarılışı və bu bərabərsizliyin köməyi ilə Qross-Sobolev loqarifmik bərabərsziliyinin isbatı həsr olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.