08/08/2014
Bu il ensiklopedik alim Nəsirəddin Tusinin vəfatından 740 il keçir.
Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan universitetlərinin birgə təşkilatçılığı ilə dahi mütəfəkkirin xatirəsinə həsr olunmuş “Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransın açılışı sentyabrın 10-da saat 11:00-da AMEA Rəyasət Heyətinin binasında, 1,3, 4-cü seksiyalar Azərbaycan Universitetində, 2-ci seksiya isə Bakıdan 150 km məsafədə, Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsi – Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasında keçiriləcəkdir.
Konfransda dünyanın müxtəlif ölkələrindən – İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. alimlər iştirak edəcək. Sentyabrın 12-dək davam edəcək beynəlxalq konfransda Nəsirəddin Tusi dövründə orta əsr şərq elmi və mədəniyyəti mövzusuna, xüsusilə riyaziyyat, astronomiya və məntiqin tarixinə dair məruzələr dinləniləcəkdir.