20/02/2020
AMEA prezidentinin 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.
İclasda AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, komissiyanın sədri – professor İlham Məmmədzadə, üzvləri – professorlar İzzət Rüstəmov, Qoşqar Əliyev və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, i.e.ü.f.d. Fail Kazımov iştirak edib.
Tədbirdə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında 13 noyabr 2019-cu il tarixli qərarı barədə məlumat verib, qaydalara ciddi əməl olunmasınının vacibliyini vurğulayıb.
Daha sonra imtahanların yüksək səviyyədə təşkili, şəffaflığın və obyektivliyin təmin olunması, eləcə də digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
© Mənbə: www.science.az