Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


26 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Hətəm oğlu Eyvazov “Kvant mexanikasının bəzi problemlərinin həllində riyaziyyatın rolu” mövzusunda məruzə edəcəkdir. Məruzə 4 hissədən ibarətdir. I hissədə nöqtəvi potensiallı Şredinger operatoru haqqında görülən işlərdən danışılacaq və Berezin-Minlos-Faddeyev üsulunun mahiyyəti açıqlanacaq. II hissədə maqnit Şredinger operatorunun spektral xassələri nəzərdən keçiriləcək. III hissə Aharonov-Bom effektinə, IV hissə isə səthi ifratkeçricilik məsələsinə həsr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər