Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat üzrə elmlər doktoru Elşad Hətəm oğlu Eyvazov “Kvant mexanikasının bəzi problemlərinin həllində riyaziyyatın rolu” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Hətəm oğlu Eyvazov “Kvant mexanikasının bəzi problemlərinin həllində riyaziyyatın rolu” mövzusunda məruzə etdi.

Məruzə 4 hissədən ibarətdir. I hissədə nöqtəvi potensialli Şredinger operatoru haqqında görülən işlərdən danışılacaq və Berezin-Minlos-Faddeyev üsulunun mahiyyəti açıqlanacaq. II hissədə maqnit Şredinger operatorunun spektral xassələri nəzərdən keçirilir. III hissə Aharonov-Bom effektinə, IV hissə isə səthi ifratkeçricilik məsələsinə həsr olunmuşdur.

Seminarın sonunda İnstitutun əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər