26/02/2020
28.02.2020-ci ildə saat 14:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbə müdiri, f-r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin Kelvin sərhəd məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir.
Məruzədə ilk dəfə olaraq materialı özlüelastik olan sonsuz böyük cismdə, daxilindəki topa qüvvənin təsirindən yaranan gərginlik deformasiya vəziyyətinin təyini məsləsinin dəqiq həlli veriləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.