27/02/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun və “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun “First- and second-order necessary conditions with respect to components for discrete optimal control problems” adlı məqalə elmi məqaləsi “Web of Sciences” bazasında indeksləşən, Q1 kvartilinə daxil olan Elsevier-in nüfuzlu “Journal of Computational and Applied Mathematics” (Volume 364, 15 January 2020, 112342) nəşr olunub.
Məqalədə diskret optimal idarəetmə məsələsinə baxılır və məsələnin verilənləri üzərinə qabarıqlıq şərtlərini zəiflətməklə optimallıq üçün daha konstruktiv şərtlər alınmışdır. Təklif olunan yeni yanaşmaya əsasən komponentlərə görə optimallıq şərtləri qlobal maksimum prinsipi formasında isbat olunur. Bundan əlavə komponentlərdən birinə görə optimallıq şərti qlobal maksimum prinsipi formasında, digərinə görə isə xəttiləşmiş maksimum prinsipi formasında alınmışdır. Eyni zamanda məqalədə komponentlərə görə məxsusi və kvazi məxsusi idarəedicilərin optimallığı üçün müxtəlif ikinci tərtib zəruri şərtlər də isbat edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.