02/03/2020
04.03.2020-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda birgə seminarı keçiriləcəkdir.
Seminarda r.e.d. Rabil Amanulla oğlu Amanov mövzu ilə bağlı məruzə edəcək. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti altında və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan Sobolev fəzasında qeyri-xətti II-ci tərtib elliptik tənliyin güclü həllinin varlığı öyrəniləcək. Baxılan isbat üsulu S.İ. Poxojayeva məxsusdur. Məqalənin araşdırılmasında məqsəd həmin nəticələri parabolik tip tənliklərə keçirmək və daha aşağı dərəcədən cəmlənmə şərti altında güclü həllolunma məsələsini öyrənməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.