11/03/2020
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., professor Bəhram Əliyev “II tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda məruzə etdi.
Məruzədə II tərtib elliptik diferensial-operator tənlik üçün eyni bir kompleks parametr həm tənliyə, həm də sərhəd şərtlərinə daxil olduqda bəzi sərhəd məsələlərinin həll olunması məsələsinə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.