Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlar” mövzusunda seminar keçirilib


13.03.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlar mövzusunda məruzə edib.

Məruzədə multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər